Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində son illərdə Yardımlı rayonunda böyük quruculuq, infrasturktur işləri görülmüş, təmir-abadlıq işləri aparılmış və yeni iş yerləri açılmışdır. Rayonda yeni yolların çəkilməsindən tutmuş kənd təsərrüfatının inkişafına, yeni iş yerlənini açılmasına qədər olduqca əhəmiyyətli işlər görülmüşdür. Heç şübhəsiz ki, bütün bunlar ölkə rəhbərliyinin müvafiq tapşırıqları əsasında həyata keçirilir. Yolların istifadəyə yararsız olması ucbatından əvvəllər Yardımlı rayonunun kəndlərinə getmək qeyri-mümkün idi. İndi isə ilin istənilən fəslində rayonun ən ucqar kəndlərə belə rahatlıqla getmək mümkündür.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında son üç ildə 188,5 km yol təmir olunmuş, bunun 57,5 km-i asfalt, 68 km-i çınqıl örtüklə, 63 km-i ağır texnika ilə eni 6 metr olmaqla genişləndirilərək avtomobillərin normal gəliş-gedişi təmin olunmuşdur. Rayonun bütün kəndlərarası yolların təmiri ilə əlaqədar qarşımızda bir neçə çətinlik mövcud idi. Bununla əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüftı Nazirliyi yanında Kənd Təsərrüfat Kreditləri üzrə Dövlət Agentliyi ilə müvafiq görüşlər keçirildi, kənd yollarının təmiri ilə bağlı layihə onlara təqdim olunaraq razılaşdırıldı. Artıq, ötən ildə təşkilat tərəfindən rayonumuzda "Kənd İnvestisiya Layihəsi" çərçivəsində 4 yaşayış məntəqəsində - Şıxlar, Bərcan, Gölyeri və Çanaxbulaq kəndlərində ümumi uzunluğu 10,3 km məsafədə kənd yolları çınqıl örtüklə təmir olunmuşdur. Hazırda, uzunluğu 4 km olan Yolocaq, uzunluğu 6 km olan Sırıq-Horavar-Əngəvül, uzunluğu 6 km olan Zeynələzir-Honuba Şıxlar kənd yolları təmir olunmuş və ümumilkdə, rayonda təmir olunmuş çınqıl yolların uzunluğu 84 km olmuşdur. Digər kənd yollarının da təmiri ardıcıl olaraq həyata keçirilir.
Əhalinin içməli su ilə təmin edilməsi işləri də uğurla icra olunmuşdur. "Sineyir"dən çəkilən su xətti artıq əhalisinin sayı 4 min nəfər olan Osanakəran, Bürzünbül, Vərgədüz və Bilnə kəndlərinə verilmişdir. Həmin istiqamətdə digər kəndlərə də xu səttinin çəkilişi həyata keçirilir. Ölkə Prezidentinin sərərəncamı ilə əhalisinin sayı 1000 nəfər olan Urakəran və əhalinin sayı 1600 nəfər olan Zevin kəndlərinin hər birində bir artezyan quyu qazılmış və yaxınlarda əhalinin istifadəsinə veriləcəkdir. Bütün dövrlərdə içməli suya zəruri ehtiyacı olan Qabaqdibi, Köryədi, Yolocaq və Separadi kəndlərinin də bu problemi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti qarşısında məsələ qaldırılmış və müsbət həll olunmuşdur. Belə ki, Viləş çayı hövzəsində inşa olunacq böyük həcimli su anbarından Qabaqdibi və Köryədi kəndləri, Ağ çay hövzəsində inşa olunacaq su anbarından isə Yolocaq və Separadi kəndləri içməli su ilə təmin olunacaqdır. Bu işin həyata keçirilməsi ilə əlaqədar geoloji kəşfiyyat işləri aparılmışdır.
Hazırda şəhərə su və kanalizasiya işlərinin çəkilişi davam etdirilir. Görülən işlərlə yanaşı Yardımlı şəhər əhalisinin içməli su təminatı üçün daxili imkanlar hesabına viləş çayı hövzəsində bir neçə istiqamətdə su quyuları qazılmış və əhalisinin istifadəsinə verilmişdir.
Rayonda Heydər Əliyev Mərkəzinin inşası, Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkının yenidən qurulması başa çatdırılmışdır. YAP rayon təşkilatı, Rayon Polis Şöbəsi üçün inzibatı binalar, Gənclər parkı və açıq hava teatrı inşa edilmiş, Yardımlı-Deman-Arvana və Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolları yenidən qurulmuş, yükgötürmə qabiliyyəti 80 ton olan körpü əhalinin istifadəsinə verilmişdir.
Rayonumuzda sahibkarlara rayon icra hakimiyyəti tərəfindən hərtərəfli köməklik göstərilir. Məhz bunun nəticəsidir ki, son üç ildə şəhər və kənd yaşayış məntəqələrində 100-ə yaxın ticarət köşkü inşa olunmuş, hüquqi və fiziki şəxslər heyvandarlığın və əkinçilikliyin inkişafı məqsədilə torpaq sahəsi ilə təmin olunmuşlar.
2015-ci ilin altı ayı ərzində rayon üzrə 36 milyon 363 min manatlıq ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur. Bu müddətdə 324 min 700 manatlıq sənaye, 9 milyon 647 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, əhaliyə 25 milyon 253 min manatlıq ticarət, 602 min manatlıq nəqliyyat, 189 min manatlıq rabitə xidməti göstərilmiş, 347 min manatlıq tikinti işləri həyata keçirilmişdir. Əhaliyə pullu xidmətlərin həcmi 7 milyon 320 min manat olmuşdur ki, ondan 6 milyon 668 min manat fiziki şəxslərin payına düşür.
2015-ci ilin müvafiq dövründə 97 fiziki və 21 hüquqi şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da rayon üzrə sahibkar subyektinin sayı 2 min 273 olmuşdur ki, bunlardan 1946-sı fiziki, 327-si isə hüquqi şəxslərdir. Rayon üzrə sahibkarların sayı respublika üzrə göstəriciyə uyğundur".
Qeyd edək ki, Yardımlının ərazisi 0,667 min kv. km-dir. Rayonda 1 şəhər və 87 kənd vardır. Əhalisi 63,3 min nəfərdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 09.09.05, 23.10.06 və 04.09.13-cü il tarixlərdə (3 dəfə) Yardımlı rayonuna səfər etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə