Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Təhsil Nazirliyinin və səfirliyin əməkdaşları da olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB