Astara rayonunda Pensərçay üzərində 46 metr uzunluğu, 3,5 metr eni olan yeni körpünün açılış mərasimi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevi və tədbirə gələn qonaqları ictimaiyyət nümayəndələri adından salamlayaraq son illərdə nümayəndəlik ərazisində aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib.
Kənd ağsaqqalı Kazım Əliyev, qəhrəman ana Rəfiqə Qəhrəmanova, "Tərəqqi medallı" müəllim Həbib Həbibov, Şiyəkəran kənd 2 saylı tam orta məktəbin direktoru Xalidə Dadaşova, kənd sakini Fəridə Əliyeva və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Respublikamızda və rayonumuzda görülən işləri yüksək dəyərləndirib, möhtərəm Prezidentə dərin minnətdarlığını bildiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamalayaraq yeni körpünün istifadəyə verilməsi münasibətilə onları təbrik edərək bildirib ki, sakinlərin uzun müddət həsrətində olduqları, kəndi iki hissəyə bölən çay üzərində piyadalarla yanaşı minik avtomobillərinin də hərəkət edə biləcəyi körpünün salınması doğrudan da əhəmiyyətli hadisədir. Dünyanın bir sıra ölkələrində iqtisadi böhran yaşandığına baxmayaraq sabitliyin hökm sürdüyü ölkəmizdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi müstəqil Azərbaycanımızın böyük iqtisadi qüdrətə malik olmasının bariz nümunəsidir. Son illər rayonumuzun şəhər, qəsəbə və kəndlərində, eyni zamanda Şiyəkəran kəndində çoxlu quruculuq abadlıq işləri həyata keçirilib. Burada kənddaxili yollar asfaltlaşdırılıb, əhalinin təbii qaz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi sahəsində əhəmiyyətli işlər görülüb. Şəmətük kəndində dağ çayı üzərində körpünün açılışından bir ay keçməmiş daha bir körpünün istifadəyə verilməsi sevindiricidir. Əhalinin soisal rifah halının yaxşılaşmasına xidmət edən bu cür sosial layihələrin icrası bundan sonra da ardıcıl olaraq davam etdiriləcəkdir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB