Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi xidmətin inzibati reqlamentində dəyişikliklər olunub. SİA-nın məlumatına görə,
RYTN "Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi üzrə inzibati reqlament"də dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Dəyişikliklərə əsasən, inzibati reqlamentin 3.3.1-ci yarımbəndində qeyd olunan "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin" və "Sumqayıtelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin" sözləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəzlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB