"Müflisləşmiş banklar özləri birləşərək problemdən azad ola bilərlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
O, Milli Məclisin qərarı əsasında 30 gün ərzində hərraca çıxarılacaq bankların bir-biri ilə və ya iri banklarla birləşməsini məqsədəuyğun bilib: "Bank sistemindəki islahatlarla bağlı Milli Məclisdə mütəmadi olaraq Milli Məclisdə çıxışlar edilirdi. Xüsusilə də devalvasiyasından sonra, yəni 21 fevraldan bu yana bank sistemlərində bir sıra problemlər yarandı. Biz fikirləşmişdik ki, bu halda bəzi banklar birləşərək iri banklar yaradılacaq. Lakin bu baş tutmadı".
Millət vəkilinin sözlərinə görə, bundan sonra müəyyən banklarda birləşmə prosesi gedə bilər: "Banklar gedən prosesləri nəzərə alaraq öz aralarında bu barədə danışmalıdırlar. Problemi aradan qaldırmaq üçün özləri bir-biri ilə və ya iri banklarla birləşə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB