Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tədbirlər planına əsasən Göygöl rayon polis şöbəsinin rəhbərliyi yerli ümumtəhsil məktəblərində "Narkomaniyaya yox deyək!" mövzusunda tədbir keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl şəhər 1 saylı məktəb liseydə reallaşan tədbirdə Rayon Polis şöbəsinin rəisi Bahadur Şükürov bildirib ki, bu gün bütün dünyanı bürüyən "ağ ölüm", sağlam gələcək nəsil anlayışını yox olmaq təhlükəsi ilə üzləşdirir. Narkotik vasitələrdən istifadə edənlər anlamadır ki, onlar təkcə öz həyatlarını deyil, bir və ya bir neçə nəslin həyatını puç edirlər. Çıxışlarda gəncləri bu cür vərdişlərdən uzaq olmağa çağırıblar. Xüsusi ilə ailələrdə və məktəblərdə narkotik vasitələrə meylli uşaqlar diqqət mərkəzində saxlanılmalı, onları bu yoldan çəkindirimək üçün müvafiq tədbirlər görülməlidir. Sonda narkomaniya və onun fəsadlarından bəhs edən qısametrajlı film nümayiş etdirilib.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB