Ticarət obyekti sahiblərinin nəzərinə! FOTO

Ticarət obyekti sahiblərinin nəzərinə! FOTO

Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları rayonun müxtəlif ictimai iaşə, yeyinti sənayesi və ərzaq satışı ilə məşğul olan ticarət obyektlərində yoxlamalar aparıb. Qanun pozuntusu aşkarlanan obyekt sahiblərinə cərimələr tətbiq edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayonu üzrə müxtəlif sahələrə aid 168 obyekt fəaliyyət göstərir. Ötən 9 ay ərzində rayon Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının bu obyektlərdən bir qismində apardığı yoxlamalar zamanı bəzi qayda pozuntular aşkarlanıb. İaşə obyektlərində mənşəyi məlum olmayan ətdən və müvafiq sənədləri olmayan xammaldan istifadə halı, sanitar normalara əməl edilmədiyi ortaya çıxıb. 30 yoxlama nəticəsində bəzi obyekt sahiblərinə xəbərdarlıq olunub, 2 müəssisə isə cərimə edilib. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları yoxlamaları Ədliyyə Nazirliyinin reyster çıxarışı əsasında aparır.

Qeyd edək ki, Sanitar-gigiyenik normalara əməl etmədiklərinə görə, obyekt və müəssisə rəhbərləri İnzibati Xətalar Məcəlləsinin 65-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə