Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Samux şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, oktyabrın 16-da nəzərdə tutulan görüş oktyabrın 30-u tarixinə dəyişdirilib.
Qeyd edək ki, Samux şəhərində keçiriləcək qəbulda Samux, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarında və Gəncə şəhərində yaşayan vətəndaşlar iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB