Noyabrın 1-i Azərbaycan parlamentinə seçkilərlə bağlı Gəncədəki 4 dairə üzrə fəaliyyət göstərən 107 məntəqədə hazırlıq işləri başa çatmaq üzrədir. Seçkilərin gedişatını onlayn izləmək üçün Gəncə Şəhər Telekommunikasiya idarəsi tərəfindən 40 məntəqəyə veb-kamera quraşdırılıb. Bütün məntəqələr telefon və yüksək sürətli internet xətləri ilə təmin edilib. Sabahdan etibarən veb-kameraların fəaliyyəti və internetə çıxış yoxlanılacaq, işlərin həftənin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
"Hazırda Gəncədə 107-İ seçki məntəqəsi və 4 dairə fəaliyyət göstərir. Bu məntəqələrin və dairələrin telefonla təmin olunması işləri başa çatdırılıb. Veb-kameraların quraşdırılması ilə bağlı fiziki işlər tam yekunlaşdırılıb. Onların test olunması və tənzimlənməsi işlərinə isə sabahdan start veriləcək"- deyə, Gəncə Şəhər Telekommunikasiya İdarəsinin baş mühəndisi Etibar Nəbiyev bildirib.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB