Yeni içməli su və kanalizasiya xətti çəkilir FOTOLAR

Yeni içməli su və kanalizasiya xətti çəkilir FOTOLAR

Daşkəsən rayonuna yeni içməli su və kanalizasiya xətti çəkilir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən rayonun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə bu ilin iyun ayından başlanılıb. İlkin mərhələdə rayon mərkəzi, daha sonra yaxın kəndlər bu layihəyə qoşulacaq. Artıq 20 km magistral su xəttindən 17 km-i, şəhərdaxili isə 17 km-dən 3 km-i çəkilib.13 km şəhər daxili kanalizasiya xəttindən də 2 km hazırdır. Çəkilən su xətləri Əmirvar kəndində yerləşən Qarainək deyilən yerdən götürülür. Layihəyə görə rayon əhalisi daimi işlək kanalizasiya xətlərinə malik olacaq ki, çirkab suların təmizlənməsi üçün qurğular da inşa olunur. Yenilənmə rayonun su xətlərini mərkəzləşmiş qaydada idarə etməyə imkan verəcək. Daşkəsən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulduqdan sonra rayona saniyədə 65 litr su gələcək ki, bundan da 2500 abonent istifadə edəcək.

Qeyd edək ki, su və kanalizasiya xətti əhalinin artımı da nəzərə alınaraq 2035-ci ilə kimi nəzərdə tutulub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə