Artıq bir neçə müddətdir ki, uşaqların o cümlədən məcbur köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədilə "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçrilir. SİA-nın verdiyi məlumata görə, oktyabr ayının 2-də növbəti belə bir tədbir Bakı şəhərinin Xəzər rayonunun Şağan Olimpiya İdman Kompleksində keçrilmişdir. Tədbirdə rayonun müxtəlif qəsəbələrindən ümumilikdə 200 uşaq o cümlədən qəsəbələrdə məskunlaşan Laçın rayonundan məcburi köçkün ailələrindən olan uşaqlar iştirak etmişlər. Tədbirdə iştirak edən bütün uşaqlara müxtəlif idman ləvazimatları paylanmışdır.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, layihənin rəhbəri Rauf Əliyev və Xəzər Rayon Gənclər və İdaman İdarəsinin rəisi Vüqar Əliyev iştirak etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB