Qarabağ müharibəsinin iştirakçısı Şuşanın işğalına rəhbərlik etmiş erməni general Arkadi Ter-Tadevesyan bildirib ki, əgər müharibə olsa Ermənistan ilk növbədə Azərbaycanın neft və qaz kəmərlərini vuracaq. Məsələ ilə bağlı millət vəkili Musa Qasımlı və ekspert İlham Şaban SİA-ya münasibət bildirib.

Millət vəkili, professor Musa Qasımlı: "Cəbhədə baş verən son hadisələr zamanı layiqli cavablarını aldıqdan sonra bir erməni generalının bu sözləri söyləməsi təcavüzkar Ermənistanın təşviş və qorxu içində olduğunu göstərir. Neft və qaz boru kəmərlərinə qarşı edilən hər hansı bir hərəkət heç bir zaman cavabsız qalmaz, bu hərəkəti edən peşman edilər. Eyni zamanda digər dövlətlər də öz mövqelərini ortaya qoyarlar. Çünki həmin boru kəmərləri Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayırlar".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban: "Hərbi vəziyyətdə hər şey ola bilər. Azərbaycanın neft və qaz kəmərlərinin yerləşdiyi ərazilər dəfələrlə terror hədəfi olub. Məsələ ondadır ki, hər bir dövlət yalnız öz ərazisində yerləşən boru xətlərinin təhlükəsizliyinə cavabdehdir. Bu hökumətlər arası sazişə görə nizamlanıb. Buna görə də hər bir dövlət çalışır ki, öz ölkəsindəki boru xətlərinə nəzarət edə bilsin. Azərbaycan da həmçinin öz ərazisindəki kəmərlərin təhlükəsizliyindən cavabdehdir. Məhz buna görə də buna ciddi diqqət ayırmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB