Milli Məclisin plenar iclasında "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, qanun layihəsinə edilən dəyişiklə bağlı məlumat verən deputat Rəfael Cəbrayılov qeyd edib ki, ictimai qaydanın qorunması və ictimai təhlüsəziliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrini ehtiva edən 14-cü maddəyə əlavələr edilib.
Belə ki, qanuna edilmiş əlavə kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etməklə bağlıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB