Narkomanlar məcburi müalicə ediləcək DƏYİŞİKLİK

Narkomanlar məcburi müalicə ediləcək DƏYİŞİKLİK

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, iclasda məlumat verilib ki, qanuna 37-1-ci maddə əlavə edilir. Əlavəyə görə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin məcburi müalicəyə cəlb olunması nəzərərdə tutulur.

Qanunun 426-cı maddəsində edilən dəyişikliyə əsasən isə, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan barəsində məcburi müalicənin təyin edilməsi məsələsi hakim tərəfindən həll edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə