Milli Məclisin plenar iclasında "Kütləvi İnformasiya Vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. SİA-nın məlumatına görə, millət vəkili Rəfael Hüseynov qeyd edib ki, qanunun 14-cü maddəsinə edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyinin nəzərə alınması nəzərdə tutulur.
O bildirib ki, KİV haqqında çevik dəyişikliyin olması qanunauyğundur: "Bəzən dini nəşrlərdən sui-istifadə halları olur. Mətbu nəşri təsis etmək istəyən hüquqi və fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir. Edilən dəyişikliyə əsasən dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanın rəyi sənədlərə əlavə olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB