Mətbuat Şurasından KİV-lərə xəbərdarlıq AÇIQLAMA

Mətbuat Şurasından KİV-lərə xəbərdarlıq AÇIQLAMA

2015-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Seçkiqabağı təşviqat kampaniyası oktyabrın 9-da başlanır. Bəs, Azərbaycan mətbuatı təşviqat kampaniyasına necə hazırlaşır?

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli SİA-ya bu barədə açıqlama verib:

"Ümumiyyətlə seçki təşviqatının aparılması barədə məsələ qanunvericilikdə də var. Burada açıq-aydın izah olunur ki, hansı şərtlər daxilində kimlər seçkilərə qatıla bilər və s. Belə ki, təbliğat zamanı namizədlərin təbliğat adı altında bəzən təhqiredici amillərə, qarşı tərəfin gözdən salınması üçün etikadan kənar hərəkətlərə yol verilməsi kimi bəzi məsələlər müşahidə olunur.

Hesab edirəm ki, burada Kütləvi İnformasiya Vasitələri (KİV) təbliğat-təşviqat məsələlərini nəzərə almaqla yanaşı təhqir və böhtana yol verilməməsi haqqında məsələləri də nəzərdə saxlamalıdırlar. Bəzən hansısa rəqib namizədlərin təbliğatı gedən media qurumlarının bir-birinə qarşı rəqibə çevrilməsi də müşahidə olunur. Ona görə də hesab edirik ki, KİV-lər bu cür nüansları nəzərə almalıdırlar və təbliğat-təşviqat kampaniyasında böhtana yol verilməməsi haqqında məsələləri diqqətdə saxlamalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə