Leysan Goranboy və Göyçayda fəsatlar törətdi

Leysan Goranboy və Göyçayda fəsatlar törətdi

Ötən gecə Goranboyda yağan yağış bir ailəni evsiz qoyub. Fasiləsiz yağan yağışlar nəticəsində rayon ərazisindən keçən Goran və Qaraçay çaylarının daşmasına səbəb olub.

Məcarasından çıxan çay ona yaxın yaşayış məntəqəsini basıb. Nətiədə kənd təsərrüfatı ilə yanaşı kənd arası yol təsərrüfatına da ziyan dəyib. Leysan yağışları nəticəsində Lənkəranda əksər yaşayış məntəqələrinə elektrik enerjinin verilməsində fasilələr yaranıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb. Göyçayda güclü leysandan sonra yaranan sel evləri basıb, toyuq-cücə tələf olub ,rayona elektrik enerjisinin verilişi dayanıb. Sel suları rayonda və kəndlərdə 15-ə yaxın evin zirzəmisinə dolub eləcə də fərdi həyətyanı sahələri, yardımçı tikililəri, eləcə də 16 mənzillik yaşayış binasını su basıb. Həmçinin, güclü külək səbəbindən bəzi yerlərdə ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, rayonunun 40-a yaxın kəndinə, eləcə də şəhərin bir çox hissəsinə gecə saatlarında enerji verilişi dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə