Gəncədə taksi sürücüsü döyülüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün gecə saat 01:01 radələrində baş verib. Gəncə sakini 30 yaşlı Amid Abbasov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə gələrək döyüldüyünü bildirib. Həkimlərin müayinəsi zamanı məlum olub ki, Amid Abbasovun üst dodağı və burun nahiyəsi əzilib. Yaralıya ilkin tibbi yardım göstərilib. Amid Abbasovun deməsinə görə onu avtomobilində olan sərnişinlər döyüb.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB