Müəllimlər peşə bayramlarını qeyd edib

Müəllimlər peşə bayramlarını qeyd edib

Göygöldə müəllimlər peşə bayramlarını qeyd edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl rayonunda 5 oktyabr Müəllim günü ilə əlaqədar tədbir keçirilib. Çıxış edənlər pedaqoqları təbrik edərək onlara uğur arzulayıblar. Qeyd olunub ki, rayonun 50 ümumtəhsil məktəbində 8953 şagirdin təlim-tərbiyəsi ilə 1600 müəllim məşğul olur. Ötən illər ərzində müxtəlif kənd və qəsəbələrdə 20-ə yaxın yeni məktəb binası tikilib. İş şəraitinin yaxşılaşdırılması müəllimlərin məsuliyyətini daha da artırıb. Son 3 ildə 4 nəfər əməkdar müəllim adına layiq görülüb, 5 təhsil işçisi isə tərəqqi medalı ilə təltif edilib, 4 müəllim müsabiqə qalibi olub. Daha 4 nəfər isə Təhsil Nazirliyinin fəxri diplomu ilə mükafatlandırılıb. Çıxışların ardından qabaqcıl müəllimlərə rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir geniş konsert proqramı ilə davam edib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə