Builki Nobel mükafatının fiziologiya və səhiyyə üzrə təqdimatı parazitlərə və malyariyaya qarşı müalicə metodlarının aparılmasına görə verilib. SİA "ria novosti"yə istinadən xəbər verir ki, bu barədə Nobel təşkilatının Stkoholmada, Karolin tibb insitutu nəzdində fəaliyyət göstərən komitəsindən bildirilib. Artıq qaliblər də müəyyənləşdirilib. Belə ki, onlar amerikalı Vilyam Kempbell, yapon Satoşi Omura və çinli alim Tu Yudur. Alimlərin mükafatlandırma mərasimi dekabrın 10-da Stholmda baş tutacaq. Həmin tarix həm də isveçli iş adamı və ixtiraçısı Alfred Nobelin (1833-1896) vəfatı gübünə təsadüf edir.
Mükafatın məbləği bu il 8 milyon isveç kronu (953 min dollar) təşkil edir.
Xatırladaq ki, Nobel qardaşları məhz Azərbaycanda neft istehsalı və emalı sahəsində zənginləşərək, sonradan ölkəmizdə qazandıqları gəlirlərin bir hissəsini elm, ədəbiyyat, mədəniyyət, səhiyyə və s. istiqamətlərdə nailiyyətlər əldə etmiş insanlara mükafat kimi verilməsini vəsiyyət ediblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB