Oktyabrın 4-dən axşamdan başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometereoloji Stansiyasından SİA-nın Cənub bürosuna verilən məlumata görə, ən güclü yağış Lənkəran rayonu ərazisində qeydə alınıb. Burada təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib.
Astara rayonda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı olub.
Lənkəran rayonu ərazisində güclü yağışları ildırımla müşayiət olunub. Bu səbəbdən yarımstansiyalarda yaranan nasazlıqlar səbəbindən rayonun əksər yaşayış məntəqələrinə ötən axşamdan elektrik enerjinin verilməsi dayandırılıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb.
Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi 15-20 santimetr artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometereoloji Stansiysından verilən məlumata görə, yağişli hava oktyabrın 6-dək davam edəcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB