Qaxda 209 nəfər işlə təmin olunub

Qaxda 209 nəfər işlə təmin olunub

Cari ilin 9 ayı ərzində Qax Rayon Məşğulluq Mərkəzinin köməyi ilə 209 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub. Bundan əlavə, 33 nəfər peşə hazırlığı kursuna, 10 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. SİA-nın məlumatına görə, iyulda keçirilən sonuncu əmək yarmarkasında isə 50 nəfər işə düzəlmək üçün göndəriş əldə edib.

Hazırda mərkəzdə 643 nəfər işaxtaran kimi qeydiyyatdadır. Onlardan 214 nəfərinə işsizlik statusu verilib, 43 nəfərə müavinət təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə