850 hektar sahədə təkrar əkin aparılıb

850 hektar sahədə təkrar əkin aparılıb

Yevlax rayonunun torpaq mülkiyyətçiləri kartof, qarğıdalı, günəbaxan və bostan bitkilərinin yığımını başa çatdırıblar. Rayon statistika idarəsindən SİA-ya verilənməlumata görə, sahələrdən 919 ton qarğıdalı, 885 ton günəbaxan, 2274 ton kartof, 3040 ton bostan məhsulları əldə edilib. Hər hektarın məhsuldarlığı qarğıdalı üzrə 51,1 sentner, günəbaxan üzrə 30 sentner, kartof üzrə 98 sentner, bostan məhsulları üzrə 110,1 sentnerdir. Rayonunun təsərrüfatlarında bu günədək 5876 ton tərəvəz, 9231 ton meyvə, 1423 ton üzüm və 1635 ton pambıq yığılıb.

Qeyd edək ki, rayonda payızlıq səpini üçün 16 min 960 hektarda şum aparılıb, 850 hektar sahədə dən və yaşıl yem üçün təkrar əkin həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə