Rixard Zorgenin abidəsinin açılışı olub

Rixard Zorgenin abidəsinin açılışı olub

TASS informasiya agentliyinin verdiyi məlumata görə 141 nömrəli məktəbdə Sovet hərbi kəşfiyyatçısı Rixard Zorgenin abidəsinin açılışı olub. Məktəbin həyətində qoyulmuş abidənin açılış mərasimində RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarə rəisi, general-polkovnik İqor Serqun iştirak edib.

İ.Serqun R.Zorgenin xidmətləri barədə məktəblilərə məlumat verib. General-polkovnik deyib: "1941-ci ilin payızında, Moskva uğrunda döyüşlərin ən qızğın dövründə Zorgenin əldə etdiyi informasiya sayəsində sovet rəhbərliyi Uzaq Şərq, Sibir və Orta Asiya diviziyalarının bir hissəsini Moskvaya göndərmək barədə qərar qəbul etmək imkanı qazandı. Bu birləşmələr paytaxtın yaxınlığında gedən döyüşlərdə almanların darmadağın edilməsində müstəsna rol oynayıb".

Moskva Veteranlar Şurasının və Moskva İctimai Palatasının üzvü general-leytenant Vasili Proxorov bildirib ki, yaxın vaxtlarda bu məktəbə Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin adının verilməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə