Azərbaycanda "Media Company" adlı yeni təşkilat yaradılıb. SİA-nın məlumatına görə, hazırda müxtəlif media qurumlarında fəaliyyət göstərən təsisçiləri və işçi qrupu yüksək yaradıcı potensiala malik "Media Company"nin əsas hədəflərindən biri media məkanında - televiziya və radioda müxtəlif yönümlü, xüsusilə mədəni-intellektual, maarifləndirici layihələrin həyata keçirilməsindən, eləcə dəmüxtəlifmədəni tədbirlərin təşkilindən ibarətdir. Kompaniyanın daxili kadr potensialı və əməkdaşlıq etdiyi xüsusi yaradıcı qruplarbunun üçün geniş imkanlar yaradır. "Media Company" eyni zamanda geniş miqyaslı idman və əyləncə layihələrinin gerçəkləşdirilməsini də nəzərdə tutur. Kompaniya Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, müxtəlif nüfuzlu dövlət və qeyri-hökumət təşkilatlarına təqdim etmək üçün bir neçə layihələr hazırlayıb. Tezliklə bu layihələrin realizəsinə başlanacaq. Kompaniya eyni zamanda sponsor vəsaiti hesabına da müxtəlif layihələrin həyata keçirilməsiniplanlaşdırır.
"Media Company" sosial çarxlar, reklam çarxları, sənədli və bədii film sifarişləri də qəbul edəcək. Kompaniya öz filmini reallaşdırmaq üçün maliyyə axtaran rejissorlar üçün də xüsusi təkliflər paketi təqdim edəcək. Bundan başqa hansısa yaradıcı qrup və ya fiziki şəxslər tərəfindən təqdim olunan layihələrin də, "Media Company"nin prinsiplərinə uyğun olduğu halda, reallaşması üçün şərait yaradılacaq.
Kompaniya həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün orta və iri şirkətləri də sponsor olaraq əməkdaşlığa dəvət edir.
"Media Company"nin direktoru Amil Əyyubun sözlərinə görə, qurumun əsas məqsədi Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına və təbliğinə dəstək olmaqdan ibarətdir. "Hər cür yaradıcı təklifə həssaslıqla yanaşırıq. Bu gün ölkəmizdə gənclərin yaradıcı potensialının üzə çıxarılması, Respublikanın mədəni həyatına təsir göstərə biləcək layihələrin həyata keçirilməsi üçün hər cür şərait mövcuddur. Dövlətin mədəniyyət siyasətini rəhbər tutaraq, cari və strateji layihələr həyata keçirəcəyik. İnanıram ki, mədəniyyətimizin inkişafına çalışan yüksək potensiallı yaradıcı insanları ətrafımıza cəm edərək, səmərəli işlər həyata keçirə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB