Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun "Peşəkarlıq səviyyəsinin artırılması" mövzusunda seminar, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə "Eternity-2015" Komanda Qərargah təlimi, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, oktyabrın 6-dan noyabrın 8-dək Tbilisi şəhərində (Gürcüstan) Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB