Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) noyabrın 1-də keçiriləcək parlament seçkiləri üçün seçki platformasını açıqlayıb. Türkiyə mediası xəbər verir ki, partiyanın seçicilərə verdiyi vədləri açıqlayan HDP-nin həmsədri Figen Yüksekdağ "erməni soyqırımı"nı tanıyacaqlarını bildirib.
"HDP fərqli xalqlara qarşı törədilən soyqırım və qətliamlara görə bu xalqlardan dövlətin adından üzr istənilməsi üçün lazımi işlər görəcək. Ermənistana qarşı tətbiq olunan iqtisadi embarqonu qaldıraraq lazımi iqtisadi, siyasi və diplomatik əlaqələri inkişaf etdirəcək və erməni xalqı ilə dostluq körpülərini quracağıq", - HDP-nin həmsədri deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB