ARGTMŞ-ın nümayəndəsi Ukraynada Forumunda iştirak edib FOTOLAR

ARGTMŞ-ın nümayəndəsi Ukraynada Forumunda iştirak edib FOTOLAR

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Ukraynada keçirilən beynəlxalq tədbirdə iştirak edib. SİA-nın məlumatına görə, Ukraynanın Kiyev şəhərində təşkil olunan "Future Workshop" Regional Gənclər Forumunda Azərbaycan ilə yanaşı, Ukraniya, Belarus, Moldova, Gürcüstan, Almaniyanı, Ermənistanı təmsil edən 100 fəal gənc iştirak edib.

Layihənin məqsədi Şərq tərəfdaşlığı ölkələrində qeyri-hökümət təşkilatlarının nümayəndələri arasında mədəniyyətlərarası dioloqun və birgə əməkdaşlığın yaradılması, eləcə də onları birləşdirən regional şəbəkənin formalaşdırılmasıdır.

Forum çərçivəsində iştirakçılar arasında lobbiçilik, liderlik və kommunikasiya bilikləri kimi mövzularda müzakirələr olunub, iki təhsil seminarı baş tutub. İlk seminar 130 nəfər gəncin iştirakı ilə iki gün davam edib. ARGTMŞ-ın nümayəndəsinin də daxil olduğu növbəti mərhələdə iştirak hüququ qazanan 30 nəfər tərəfindən komandalar şəklində sözügedən mövzular əsasında hazırlanan layihənin təqdimatı keçirilib. ARGTMŞ-ın nümayəndəsi səfər çərçivəsində qeyd olunan ölkələrinin Gənclər Milli Şuralarının nümayəndələri ilə görüşdə iştirak edib. Görüş zamanı gənclər arasında əməkdaşlıqdan söhbət açılıb, həmçinin, gələcək planlar haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, Ukraynanın Ternopil şəhərində həmin 30 nəfər gəncin iştirakı ilə forumun davamı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə