Kulturoloq: “Verilişlərin bağlanması qanunvericiliklə tənzimlənir"
"Azərbaycanda fəaliyyət göstərən verilişlərin, sosial yönümlü problemləri şouya çevirən proqramların bağlaması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən verilən qərar cəmiyyət tərəfindən normal qəbul edir". Bunu SİA-ya yazıçı-kulturoloq Aydın Xan Əbilov açıqlamasında deyib.
Onun sözlərinə görə, televiziya verilişlərinin bağlanması qanunvericiliklə tənzimlənir: "Bəzən telekanallar qərardan narazılıq edir. Onlar öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmənin qərarından asılı olaraq telekanallar müəyyən vaxtdan sonra bu verilişləri daha səviyyəli və yeni formatda tamaşaçılara çatdıra bilər. Bu mənada ümumiyyətlə verilişlərə qadağanların qoyulmasının əleyhinəyəm. Çünki qadağalar bizə heç nə qazandırmır. Əgər qadağalar cəmiyyətin inkişafına təsir etsəydi, o zaman bu qədər cinayət hadisələri də baş verməzdi. Düşünürəm ki, telekanallar cəmiyyətin özünü maarifləndirib, daha keyfiyyətli və intellektual verilişlərin hazırlanmasına səy göstərməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB