Temperatur düşəcək leysan olacaq

Temperatur düşəcək leysan olacaq

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə