“Orqan satışı cinayət hadisəsidir” AÇIQLAMA

“Orqan satışı cinayət hadisəsidir” AÇIQLAMA

"Bəzən küçə və parklarda insan orqanlarının satışı ilə bağlı elanlar yerləşdirilir. Bu cür halların baş verməsini onların psixoloji durumundakı problemlərlə bağlı olduğunu düşünmürəm". Bunu SİA-ya açıqlamasında psixoloq Tariyel Faziloğlu söyləyib.

Psixoloq bildirib ki, bunun əsas səbəblərindən biri həmin insanların sosial vəziyyətlərinin yaxşı olmaması ilə əlaqədardır: "Həmin insanlar sosial-iqtisadi problemlərin içərisində qaldığı zaman bu cür vasitələrdən istifadə edirlər. Bu da bir növ cinayət hadisəsidir. İnsanların hər hansı çətin vəziyyətin qarşısında acizliyə əl atırlar. Əlacsız vəziyyətdə qalanda da ağır psixoloji gərginlik yaranır. Beləliklə də həmin şəxsin ilk olaraq ən asan yola baş vurmasına səbəb olur. Böhran vəziyyətlərində insanın heç bir sosial, iqtisadi, hüquqi tərəfi düşünmür və həmin an şüur sanki qapanmış vəziyyətdə olur. Onlar hesab edirlər ki, yalnız gəlir öz orqanın satışa çıxarılması ilə əldə edilə bilər. Bu da sonda xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir".

Bütün xəbərlər Facebook səhifəmizdə