Qaz cihazlarına nəzarət güclənir

İstehlakçılar evlərinə detektor quraşdırmalıdırlar
Qaz cihazlarına nəzarət güclənir

Ötən gün Milli Məclisin iclasında "Qaz təchizatı haqqında" qanuna bir sıra dəyişikliklər edildi. Artıq evlərdəki qaz qurğularına və tüstü bacalarına nəzarət gücləndiriləcək. Dəm qazından zəhərlənmə hallarına qarşı da yeni tələblər irəli sürülüb.

Evlərdə qaz sımasına qarşı tədbir görüləcək. "Qaz təchizatı haqqında" qanuna edilən dəyişikliyə görə istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdır.

Tüstü bacalarının təmizliyinə də nəzarət gücləndiriləcək. Yeni qaydalara əsasən, məişət qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanının nümayəndələri texniki baxış keçirməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə