Müəllim və həkimlərə uyğun ipoteka şərtləri necə olmalıdır? Ekspert rəyi
"Müəllim və həkimlərə ipoteka verilməsi ilə bağlı daha uyğun təkliflər tətbiq edilməlidir". Bu sözləri SİA-ya iqtisadçı ekspert Ruslan Atakişiyev müəllim və həkimlərin ipoteka alan zaman problem yaşamaları ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, dövlət tərəfindən həyata keçirilən ipoteka proqramı çərçivəsində gənclərlə bağlı nüanslara daha çox diqqət ayrılıb və gənclərin ipoteka ilə bağlı problemləri həll olunmağa çalışılıb: "Həkimlərin və müəllimlərin aylıq maaşı orta səviyyəli hesab olunur. Lakin burada bir stabillik var. Yəni bu vəzifələrdə çalışan şəxslər çalışdıqları iş yerlərini tez-tez dəyişmirlər. Bu gün ipotekanın verilməsi baxımdan həkimlərə və müəllimlərə olan diqqətin artırılması çox əhəmiyyətli addım olardı".
İqtisadçı qeyd edib ki, burada kateqoriyalı yanaşma olmalıdır: "Faizlər, aylıq və ilkin ödənişlər həmin şəxslərin imkanlarına uyğun müəyyən edilməlidir. Həmçinin burada stabilləşmiş mexanizm tətbiq olunmalıdır. Yəni işində innovasiyalar tətbiq edən müəllim və həkimlər həm səhiyyənin, həm də təhsilin yaxşılaşdırılması baxımından dəyərləndirilməli və onlara uyğun forma tətbiq edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB