Oktyabrın 1-i və 2-si saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Ceyranbatan" və Siyəzən Magistral qaz kəmərləri sahəsinin "Qobustan" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. SOCAR-dan SİA-ya verilən məlumata görə, təmir müddətində Abşeron rayonun Ceyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Qobustan rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB