Bakıda "qadın-kamikadze" maşının altına belə düşdü +18 (VİDEO)

Bakıda "qadın-kamikadze" maşının altına belə düşdü +18 (VİDEO)

Bakıda sürücülərin məsuliyyətsizliyindən çox danışılıb. Lakin yol qəzalarının demək olar ki, 30 faizi piyadaların səhlənkarlığı ucbatından baş verir. SİA-nın məlumatına görə, həmin video paytaxt yollarından birində çəkilib. Videodan da aydın görmək olar ki, maşınlar yolla sürətlə şütüyür. Bu zaman bir qadın yolu necə oldu keçir. Bu zaman avtomobillərdən biri qarşısına çıxan bu qadını vurur.

Qadının ölüb-ölməməsi barədə məlum verilmir. Lakin bildirilir ki, hadisə baş verən ərazidən düz 20 metr qabaqda piyada keçidi olub.

Bakı şəhər Dövlət Yol polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov açıqlamasında yol hərəkəti istifadəçilərinə tövsiyyə edir ki, bir az diqqətli olsunlar.

"Dəfələrlə reydlər keçirilir, mətbuat vasitəsilə məlumatlar verilir. Lakin hələ də, yol hərəkəti qaydalarını kobud şəkildə pozan piyadalar var" - deyə, Vaqif əsədov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə