Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin hüquqi bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib. O cümlədən, parlamentin beynəlxalq əlaqələri də inkişaf etdirilib ki, Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etməklə ölkəmizin inkişaf və tərəqqi reallıqlarına daha yaxından bələd olublar."Bunu SİA-ya açıqlamasında millət vəkili Nəriman Əliyev deyib.
N.Əliyev bildirib ki, parlamentin növbədənkənar sessiyalarında və sonrakı dövrdə millət vəkilləri çoxsaylı səfərlər həyata keçiriblər: "Onlar xarici ölkələrdə keçirilən seçkiləri müşahidə etməklə yanaşı, parlametlərarası əməkdaşlıq məsələlərində də mühüm addımlar atıblar. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Milli Məclisin spikeri, cənab Oktay Əsədov da bununla bağlı qeyd edib ki, bir sıra layihələr növbəti iclaslarda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulur."
Millət vəkili eyni zamanda Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qərəzli qətnaməyə də münasibət bildirib: "Qətnamənin təşəbbüskarı olan avroparlamentarilərin çoxusu ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayıb. Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul etmək adət halını alıb. Fikir versək görərik ki, bu cür qərəzli qətnamələr ənənə şəklini almaqla yanaşı, demək olar ki, hər rübün başlanğıcında qəbul edilir. Təbii ki, burada Azərbaycanı istəməyən xarici qüvvələrin sifarişləri mövcuddur və bu sifarişlərin əsas kökü bilavasitə erməni lobbisidir. Bu səbəbdən onların məqsədlərini açıq-aşkar başa düşmək olar. Ancaq daha bir ilginc məsələ odur ki, qətnamənin təşəbbüskarı olan avroparlamentarilərin çoxusu ümumiyyətlə, Azərbaycanda heç vaxt olmayıb."
Milli Məclisin deputatı diqqətə çatdırdı ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasət düzgündür. Belə ki, heç bir kənar qüvvə müstəqil siyasətimizə təsir edə bilməyəcək: "Hesab edirəm ki, Azərbaycan Parlamentinin Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Həmin təşkilatla ənənəvi olaraq əməkdaşlıq edirik. Bu əlaqələri inkişaf etdirmək üçün də Avronest Parlament Assambleyasını yaratdıq. Azərbaycan bu qurumun aktiv üzvlərindən biri idi. Təəssüf ki, Avropa Parlamenti Azərbaycanla parlament münasibətlərini inkişaf etdirmək əvəzinə, yaratdıqları təşkilatları bir kənara qoyur, istədikləri qeyri-obyektiv qətnamələri qəbul edirlər".
Nəriman Əliyev Milli Məclisin sahibkarlıqla da bağlı gördüyü mühüm işlərdən danışıb: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" ötən iclaslarda qanuna uyğunlaşdırılmaq məqsədilə paket şəklində bir sıra qanun layihəsinə dəyişikliklər edilməsi təklif olunub və bu istiqamətdə işlər reallaşdırılır".
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB