Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) birgə təşkilatçılığı ilə 1 oktyabr-Beynəlxalq Ahıllar Günü münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlliləri üçün Pansionatda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, RİH başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan pansionatın direktoru Qətibə Əsədova bildirib ki, hər il 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonunda da yüksək səviyyədə qeyd edilir:"Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonda bu istiqamətdə müvafiq işlər görülür".
Ahılları bu əlamətdar gün münasibətilə təbrik edən Qətibə Əsədova əlavə edib ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır.
Pansionatda yaşayan ahılları bayram münasibətilə təbrik edən RİH başçısı Adil Vəliyev dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə respublikamızda həyata keçirilən işlərdən danışıb. A. Vəliyev qeyd edib ki, bu gün bizlər sizin heç bir çatışmazlığınız, ehtiyacınızın olmadığının şahidi olduq: "Ölkəmizin bütün sahələrinə olduğu kimi yaşlı nəslə qayğı da dövlətimizin daim diqqət mərkəzindədir. Bu hal bir daha göstərir ki, ahıllar tənha deyillər və onların arxasında qüdrətli Azərbaycan dövləti dayanır. Azərbaycanın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng ölkələri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazım olacaq. Yaşlı nəslə, xüsusən də ahıllara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olunduğunu nəzərə çatdıraraq, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladığını vurğulayıb: "Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar. Bu gün Azərbaycan dövləti tərəfindən yaşa görə əmək pensiyasının baza və sığorta hissələrinin artırılması bu kateqoriyadan insanlara göstərilən qayğıya daha bir bariz nümunədir".
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva isə çıxışnda vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara, 2006-cı il 17 aprel tarixli sərəncamla təsdiqlənmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na, habelə bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb: "Ölkəmizdə bu qəbildən olan insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir".
Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, pansionatın sakini, əmək veteranı Zəminə Cəbrayılova çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçırilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Daha sonra tədbir iştirakçıları əlil və yataq xəstəsi olan ahılları ziyarət etdilər, onları narahat edən məsələlərlə maraqlandılar.
Çay süfrəsi arxasında davam edən əyləncəli proqram ahıllar tərəfindən böyük maraq və sevinclə qarşılandı.
.jpg)
.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB