Kataloniya hökumətinin sədri Artur Mas ifadə vermək üçün İspaniya muxtariyyətinin Ali Məhkəməsinə çağırılıb. O, ötən ilin noyabr ayında əhali arasında vilayətin İspaniyanın tərkibindən çıxması barədə sorğu keçirməklə vətəndaş itaətsizliyində ittiham olunur.
Euronews telekanalı xəbər verir ki, A.Mas oktyabrın 15-də məhkəməyə gəlməlidir. Onun rəhbərlik etdiyi müstəqillik tərəfdarları Kataloniyada ötən bazar günü keçirilən parlament seçkilərində qələbə qazanıb. Artur Masın həmfikirləri məhkəmə təqibinin Madridin siyasi sifarişi olduğunu iddia edirlər. İspaniya ilə birlik tərəfdarlarının fikrincə isə, keçirilən sorğu ölkə konstitusiyasına zidd olduğu üçün hökumət sədri qanun qarşısında cavab verməlidir.
Xatırladaq ki, 2014-cü il noyabrın 9-da kataloniyalıların 80 faizindən çoxu İspaniyadan ayrılmağa səs vermişdi. Yerli hökumət sorğunu "əhali ilə müşavirə" adlandıraraq referendumun keçirilməsi qadağasından yayınmışdı.
P.S. Maraqlı bir vəziyyət yaranıb, Avropa dövlətləri separatçılığa da ikili standartlardan yanaşırlar. Kataloniya müharibə, işğal, bir sözlə güc yolu ilə deyil, məhz referendum yolu ilə İspaniyadan ayrılmaq istəyirlər və buna görə əhali arasında sorğu keçiriblər. Amma rəsmi Madrid Artur Masını dar ağacına çəkir. Bəs biz nə edirik? Avropalılar kimi biz də Koçaryanı, Sarkisyanı separatçılıqda ittiham edib işğal etdiyi torpaqları qaytarmağı məsləhət görürük. Qərb isə... məlum məsələdir nə deyir. O da var ki, ikili yanaşmalar, ikili standartlar Avropanın sonunu yaxınlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB