Yuri Yakovlev: "Bank VTB-nin müştərilərini sürprizlər gözləyir " MÜSAHİBƏ

Yuri Yakovlev: "Bank VTB-nin müştərilərini sürprizlər gözləyir " MÜSAHİBƏ

Bank VTB Azərbaycanın İdarə Heyətinin sədri Yuri Dmitriyeviç Yakovlevin Səs TV-yə müsahibəsi

- Yuri Dmitriyevic, bu gün Azərbaycanda Bank VTB özünü necə hiss edir?

- Bir necə cümlə ilə ifadə edə bilərəm ki, biz artıq bank olaraq Azərbaycanda 6 ildir fəaliyyət göstəririk və bu illər ərzində bank öz adaptasiya dövrünü yaşadı və bazara öyrəşmə mərhələsini keçdi. Azərbaycan bazarında inkişafımızın yollarını təhlil edib, axtarışlarımızı müəyyənləşdirdik. Bu deməkdir ki, son illər korporativ və pərakəndə biznesini inkişafına və istiqamətləndirilməsinə nail olduq. Bundan sonra nəticəyə gəlmişik ki, inkişafımızın davamı üçün prioritetlərimizi dəyişək. Məqsədimiz Azərbaycanda biznesin inkişafı üçün bankımızı ölkənin əsas banklardan birinə çevirməkdir. Belə deyək, Bank VTB nə deməkdir? Bilirsiniz ki, Vneştorq bank deməkdir. Yəni sovetlər zamanı yaranan bir bankdır və bu bank xarici ticarətin hesabatlarını aparırdı. Yəni o zamanlar təşkilat və şirkətlər məhz bu bank vasitəsi ilə hesablarını və köçürmələrini edirdilər. İndi isə Bank VTB-nin 15-ə yaxın yardımçı təşkilatlanması mövcuddur. Bu, o deməkdir ki, biz bir bank olaraq nəinki Azərbaycan biznesinə və sahibkarına, hətta başqa ölkələrdə də biznesin inkişafına dəstəyimizi göstərə bilirik. Məsələn elə eqzotik ölkələrdən Vyetnam, Hindistan, Anqola, Cin və digər başqa Avropa və MDB ölkələrini sadalaya bilərəm. Öncədən deyim ki, bizdə yaradılan gözəl infrastruktur yaxın qonşularımız olan Gürcüstan, Qazaxıstan, Belorus, hətta baxmayaraq siyasi böhranla üzləşib Ukrayna ilə də gözəl münasibətlər və əməkdaşlıq yaratmışıq. Bank infrastrukturunu nəzərə alaraq, bu mənada Azərbaycan biznesinə və sahibkarlara dəstək ola bilirik.

Qeyd edək ki, 2 milyona yaxın azərbaycanlının Rusiya ilə əlaqəsi var. Orada yaşayan azərbaycanlıları nəzərə alaraq onlara bank məhsullarımızı təqdim edirik. Misal üçün istirahət və səyahət edənlərə rublla olan kreditlərimizi təklif edirik və onlar rublla olan krediti orada rahat istifadə bilirlər. Məqsədimiz təkcə bu sahədə kredit vermək deyil, hətta maşın istehsal edən Rusiyadan müxtəlif markalı maşınları rublla kreditləşməsini də həyata keçirməyi nəzərdə tutmuşuq. Bank məhsullarımızın əsas xətti rubla yönəldilib. Biz milli valyutalarımız olan manat və rublla fəaliyyət göstərməliyik ki, dollar bazarında yüksəlmələr təsir etməsin.

Ona görə də qərara gəldik ki, bütün bank məhsullarımızı rublla həyata keçirək. Bir eksperiment barədə demək istəyirəm. Keçən ilin avqustunda qərara gəldik ki, kreditləri rublla verək və belə də etdik. Təxminən 30 milyon dollar həcmində rublla kredit verdik və nəticə özünü doğrultdu. İnanılmaz oldu həm krediti rublla götürənlər, həm bank bu kreditlərdən xeyir gördü. Bir sözlə faydası çox oldu.

- Demək istəyirsiniz ki, yenə rubla tələbat var?

- Əlbəttə ki var. Bilirsiniz niyə? Bizim bankda rubla üstünlük verirlər. Çünki rublla bağlanan müqavilələr zamanı həm mühasibat hesabatı asanlaşır, həm də köçürmələr asan olur. Mən deyərdim ki, həm sərfəlidir və rahatdır. Adi bir misal deyim. Azərbaycan sahibkarı Rusiyaya böyük həcmdə meyvə tərəvəz ixrac edir və orada məhsulunu satıb qazancını rublla hesablayır. Bu o deməkdir ki, bizdən rublla kredit götürüb və məhsulunu Rusiyada aparıb satdıqdan sonra da pulunu bizimlə rubl üzərindən hesablaşır. Bu, işlərimizi asanlaşdırır. Bu yönümdə işləri aparmaq bizə yeni perspektivlər açır. Biz yeni bir eksperiment etmək istəyirik. Misal üçün Rusiyada yaşayan azərbaycanlı Azərbaycanda daşınmaz əmlak alarsa biz onlara rublla kredit versək bu onlara çox sərf edəcək. Yəni onlar Rusiyada işləyib maaş alırlar və yaxud biznes gəlirləri rublladır. Onlara rublla verəcəyimiz kredit sərfəli olacaq. Bu eksperimenti də yaxın vaxtlarda planlaşdırırıq. Görürsünüz ki, bank məhsullarımızın faydası çoxdur və gələcək illərdə də fayda verəcək.

Yaxın vaxtlarda biz həm də internet bank yaratmağı planlaşdırırıq. Belə qərara gəldik ki, internet bank xidməti daha da asanlaşdıracaq və qarşıya qoyduğumuz bu məqsəd ambzioz yanaşmadır. Qeyd edim ki, distansion kanallar vasitəsi ilə də müştərilər rahat öz hesabına, köçürməsinə, gəlirlərinə baxa biləcək. İstədiyi vaxt dostuna, qohumuna köçürmə edə biləcək və digər əməliyyatlar etmək mümkün olacaq.

- Yəni demək istəyirsiniz ki, Azərbaycanda rubl sərbəst fəaliyyət göstərə bilir?

- Bilirsiniz, Azərbaycan qanunvericiliyinə görə, xarici ticarət üçün rublla əməliyyat edə bilər.

Qeyd edim ki, biz hələ yeni bank kartları üzərində işləyirik. Əldə edilən rublla yüklənmiş bank kartı ilə siz gələcəkdə Rusiyada istənilən ticarət nöqtəsində rahat alış veriş edə biləcəksiniz. Yəni kartınızda rubl əldə edərək müxtəlif ticarət nöqtəsində sərbəst xərcləyə biləcəksiniz. Bütün növ xidmətlər zamanı bu kartdan istifadə edə biləcəksiniz. Belə bir xidmətimiz də tələbələr üçün nəzərdə tutulur. Telefon vasitəsi ilə müəyyən mesajlar göndərərək kiçik kreditlər əldə etmək mümkün olacaq.

- Bakıda təşkil olunan 2015 I Avropa oyunlarında Bank VTB də sponsorluq edib. Ümumiyyətlə hazırda idmana yenə sponsorluq edirsinizmi?

- Bəli müəyyən qədər Avropa oyunlarında iştirakımız oldu. Amma ümumilikdə Bank VTB idman sahəsinə sponsorluq edir. Misal üçün hazırda Rusiyanın voleybol və basketbol komandalarına himayədarlıq edir. Bu yaxınlarda Dinamo stadionun yenidən tikilməsi nəzərdə tutulub. Bu, köhnə Dinamo stadionun yerində çoxfunksiyalı stadiondur. Bu, Moskvada tikilən əzəmətli bir layihə olan VTB Arena stadionudur. 2016-2017 illərdə tikinti işləri yekunlaşmalıdır. Biz hətta beynəlxalq səviyyəli federasiyalara sponsorluq edirik. Azərbaycanda isə uşaq basketbolu, velosiped idman növünün, Şahmat federasiyasının və digər idman növlərinin inkişafı üçün əlimizdən gələni edirik. Bilirsiniz idman insanları sağlam saxlayır və bizim bankın kollektivində də, idmançılarımıza diqqət ayırırıq. Buna misal olaraq VTB qrupun öz idman komandası var. Və 4-5 ildən bir Moskvada Lujnikdə yarışlarımız olur. Dünyanın hansı nöqtəsində ki, Bank VTB var, oradan da nümayəndələr gəlir və əməkdaşlar arasında VTB spartakiadasını keçirir. Deyim ki, çox maraqlı komandalar yaranır və burada eyni zamanda ünsiyyət, dostluqlar yaranır, fikir mübadiləsi aparılır və çox əhəmiyyətli bir tədbirə çevrilir.

- Yuri Dmitriyevic aktual mövzulardan biri də budur ki, Avropada və bir sıra dövlətlərdə iqtisadi böhran genişlənməkdədir və bu isə Rusiya və Azərbaycana da təsirsiz ötüşməyib. Sizcə, çıxış yolu nədədir?

- Maraqlı sualdır. Bilirsiniz hazır resept mövcud deyil. Amma bu sualın asan cavabı var. Əsas effektiv işləmək, səy göstərməkdir. Qeyd edim ki, asılılıq olan yerdə həmişə böhran mümkündür. Məsələ bundadır ki, Azərbaycan neft və qaz bazarındakı qiymətlərin dəyişməsindən sözsüz ki, təsirlənir. Amma deyim ki, qara buludlar bizim üçün keçib və buna baxmayaraq irəliyə doğru gedərək, çətinliklərə baxmadan inkişaf yolunu götürmüşük. Bu istiqamətdə əməkdaşlarımızın da rolu böyükdür. Bu yaxınlarda iki filialımız açıldı. İkisi də açılmaq üzrədir. Hələlik Gəncə şəhərində filialımızın açılması nəzərdə tutulur. Və başqa regionlarda filiallar acmaq üçün insanların tələbatını öyrənirik. Qeyd edim ki, sərhədyanı bölgələr bizə daha əlverişlidir. Çünki sahibkarlar daha çox Rusiya ilə və digər ölkələrlə ticarət əlaqələr qurur. Bu da bizim üçün əlverişlidir. Qərarlarımızdan biri Quba və Naxçıvan filiallarımız ola bilər. Hələlik araşdırmaqdayıq.

- Doğrudan da regionlarda filiallarınız açılarsa, Azərbaycan üçün çox faydalı olar, ona görə ki, yeni iş yerləri açılacaq. Buna görə, sizə təşəkkür edirəm və gümrahlıq, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə