Nərimanabad kəndində təlim sessiyası keçirilib FOTOLAR

Nərimanabad kəndində təlim sessiyası keçirilib FOTOLAR

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində Sabirabad rayonunun Nərimanabad kəndində təlim sessiyası keçirilib. SİA-nın məlumatına görə, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin (DVC) tərəfdaşlığı, Sabirabad rayon İcra Hakimiyyəti, Sabirabad rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə debat metodologiyası əsasında keçirilən təlim sessiyasında həmin kəndin 20 fəal gənci iştirak edib.

Təlim sessiyası kənd gənclərinin debat, bədən dili mövzularında məlumatlılığınının artırılması, gənclərin natiqlik bacarıqlarına yiyələnməsi məqsədilə həyata keçirilib.

Tədbirə Sabirabad rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Nərimanabad kənd bələdiyyəsinin nümayəndələrinin açılış nitqləri ilə start verilib. Daha sonra, ARGTMŞ-ın "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramının koordinatoru tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları və bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. ARGTMŞ-ın nümayəndəsinin təqdimatından sonra DVC-nin təlimçi heyətinin üzvü tərəfindən debat metodologiyası əsasında təlim keçirilib. Təlim zamanı, gənclər debat, bədən dili haqqında ətraflı məlumat əldə edib, natiqlik bacarıqlarına yiyələniblər. Təlim çərçivəsində, gənclər komanda şəklində sözügedən mövzülar ətrafında müzakirələrə qoşulublar.Tədbirin sonunda iştirakçılarının təltif olunma mərasimi keçirilib.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı əsasında 2015-ci il Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilmişdir. Bunu nəzərə alaraq, "Azərbaycan: 2020 gələcəyə baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramını həyata keçirir. Bu günə qədər "Yerli Gənc" Proqramı çərçivəsində təlim sessiyaları Şəki rayonunun Kiş, Lənkəran rayonunun Separadi, İsmayıllı rayonunun Kürdmaşı, Ağdam rayonunun Quzanlı, Quba rayonunun Qımılqışlaq kəndlərində 120-dən çox gəncin iştirakı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə