"Müəllim və həkimlər xüsusi kateqoriyalı şəxslər hesab edilsinlər"
"Azərbaycanda əhalinin sosial müdafiəsi və səhiyyənin inkişafı daim diqqət mərkəzindədir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev deyib. O, uşaqların sağlamlığı ilə bağlı Milli Məclisin önəmli qanunlar qəbul etdiyini, ancaq yeni təklifinin olduğunu bildirib: "Təklifim anadangəlmə lal-karlığı olan uşaqlar barədədir. Hər iki qulağı eşitməyən uşaqlara 3 yaşınadək müdaxilə edilməsə, onlar ömürlük belə qalırlar. Azərbaycanda təxminən 130-150 hər iki qulağı eşitməyən uşaqlar doğulur. İndi əməliyyat vasitəsilə bunlar aradan qaldırıla bilər. Əməliyyat 15-20 min manata başa gəlir. Dövlət müəssisələrində isə daha ucuz ola bilər. Təxminən, ümumlikdə 2-2,5 milyon manat vəsait bəs edə bilər. Bunları həll eləməyə dövlətin də imkanı çatar. Buna görə təklif edirəm ki, Səhiyyə qanunvericiliyinə dəyişiklik edilsin".
Millət vəkilinin növbəti təklifi müəllim və həkimlərin sosial ipoteka ala bilməməsi haqqında olub: "Müəllimlər və həkimlərin maaşı çatmadığına görə, sosial ipotekalar ala bilmirlər.Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik edilsin. Müəllim və həkimlər xüsusi kateqoriyalı şəxslər hesab edilsinlər ki, onlar da sosial ipotekalardan istifadə edə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB