"Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının açılışı olub FOTOLAR

"Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının açılışı olub FOTOLAR

Bu gün Lənkəran şəhərində "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının açılışına həsr olunmuş tədbir həyata keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə "Kaspi" Təhsil Şirkətinin rəhbər heyətinin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran rayon Təhsil şöbəsinin, Lənkəran şəhər Gənclər və İdman idarəsinin, müxtəlif dövlət təşkilatlarının rəsmiləri, orta məktəb müəllimləri, mətbuat və rayon ictimiayyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının açılışını bildirən rəmzi qırmızı lent kəsilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirin giriş hissəsində Azərbaycan təhsilinin inkişafında Ümummilli Liderimiz Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin önəmli rol oynadığı qeyd olunub və "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının yaradılmasının da bu siyasi kursun uğurla davam etdirilməsinin bariz nümunəsi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə iştirak edən "Kaspi" Təhsil Şirkətinin baş direktoru Elnur Əliyev çıxış edərək ölkəmizin savadlı gəncləri sırasında Lənkəran gənclərinin də öndə getdiyini və bunun rayon ictimaiyyətinin təhsilə ciddi önəm verməsinin bariz nümunəsi olduğunu qeyd edib.

O həmçinin bildirib ki, "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının fəaliyyətə başlaması rayonun təhsil prosesinə öz töhfəsini bəxş edəcəkdir. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələrinin diqqətinə çatdırıbki, "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının ən yüksək keyfiyyətdə təhsil xidmət göstərməsi üçün bütün lazımi tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir. Çıxışının sonunda Elnur Əliyev, "Kaspi" Təhsil Şirkətinin rəsmi lisenziyasını filial direktoru Cavid Nəsirzadəyə təqdim edərək uğurlar diləyib. "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının direktoru Cavid Nəsirzadə öz çıxışında yüksək etimadə görə Şirkətin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, Kaspi Təhsil Şirkətinin Lənkəran filialı yüksək keyfiyyətli tədris prosesini gerçəkləşdirmək üçün əlindən gələni əsirgəməyəcək.

Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələrinə tədbirdə iştirak etdiyi üçün təşəkkürünü bildirib. Lənkəran Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramin Höccətov isə öz çıxışında təhsil sistemində son dövrlər aparılan uğurlu islahatlardan danışaraq yüksək təhsil prosesində təhsil kurslarının da önəmli rol oynadığını qeyd edib. Bu istiqamətdə "Kaspi" Təhsil Şirkətinin təklif etdiyi təhsil xidmətlərinin keyfiyyətli olduğunu vurğulayaraq Şirkətin Lənkəran filialının fəaliyyətinə uğurlar diləyib.

Tədbirdə iştirak edən mətbuat nümayəndələrinin adından çıxış edən "Yaşıl Çay" jurnalının redaktoru Sərraf Talıbov öz çıxışında "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialında göstərilən təhsil xidmətlərinin yüksək səviyyədə olduğunu qeyd edib və çıxışının sonunda "Yaşıl Çay" jurnalının son xüsusi buraxılışını "Kaspi" Təhsil Şirkətinin baş direktoru Elnur Əliyevə təqdim edərək şirkətin fəaliyyətinə bir daha uğurlar diləyib.

Rəsmi hissənin sonunda övladı "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialına qəbul olunmuş valideynlər çıxış edərək Şirkətin yaratdığı təhsil xidmətinin keyfiyyətini xüsusilə qeyd edərək, bu səbəbdən təhsil şirkətinə etimad göstərdiyini qeyd ediblər.

Tədbirin rəsmi hissəsindən sonra "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialına yenicə qədəm qoymuş şagirdlərin ifasında əyləncəli bədii hissə davam edib. Bədii hissənin sonunda "Kaspi" Təhsil Şirkətinin" himninin səsləndirilməsi ilə "Kaspi" Təhsil Şirkətinin Lənkəran filialının açılış mərasiminə həsr olunmuş tədbir yekunlaşıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə