"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB layihəyə yekun vurdu FOTOLAR - SƏSTV
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyi tərəfindən "Şəhid adlarının əbədiləşdirilməsi və tanıdılmasına mənəvi dəstək" layihəsinə yekun vurulub. SİA-nın "Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Rövşən Ağamalıyevin verdiyi məlumata görə, layihəyə uyğun olaraq adları əbədiləşdirilmiş şəhidlərimizin adlarını daşıyan küçə və prospektlərdə onların adları qarşısında məlumat löhvəsi və bəzən isə adları yazılmış löhvələrin vurulmamasına görə, həm ictimaətdə, həm də şəhid ailələrində yaranmış narazıçılıqlara son qoyulması məqsədi ilə və gələcəkdə də belə hallarla rastlaşmamaq üçün küçə və prospektlərə adlara verilmiş şəhidlərin adları qarşısına "şəhid" sözü yazılmış məlumat löhvələrinin vurulmasına köməklik göstərilib.
Məlumatda deyilir ki, bu şərəfli işi həyata keçirtməklə gənclərdə dövlət, millət və vətən sevgisini artırmaq, gələcək nəslin, yeniyetmə və gənclərin bu ruhda böyüməsinə nail olmaqdan ibarətdir ki, bu da şəhidlərimizin tanıdılması üçün sözün əsl mənasında yaxşı marifləndirici və təbliğat formasıdır.
Həyata keçirilən layihəyə əsasən şəhid adları verilmiş prospekt və küçələrə "ŞƏHİD" sözü yazılmış məlumat löhvələrinin vurulması davam edir.
Lahiyəyə əsasən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərədə şəhid Milli Qəhrəman Əliyev Ələkbər Həsən oğlunun həyat və qəhrəmanlığından bəsh edən 20 dəqiqəlik sənədli flm çəkilərək Dəstək Şurasının nəzdində yaradılmış komisiyaya təqdim edilmişdir. Komisiyanın rəyindən sonra sənədli flmin işqlandırılması üçün bütün televiziya kanallarına təqdim ediləcəgdir. Həmçinin sənədli flm "SƏS tv" də bir ay mütamadi işıqlandırılacaqdır.
"Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, layihə rəhbəri Rövşən Ağamalıyev






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB