“QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək” layihəsinə yekun vurulub

“QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək” layihəsinə yekun vurulub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsinə yekun vurulub. SİA-nın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək layihənin məqsəd və məramından, eynin zamanda layihə çərçivəsində görülən işlərdən söhbət açıb.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində müxtəlif rayonların bələdiyyə üzvlərinin də iştirak etdiyi 7 tədbir keçirilib. Eyni zamanda televiziya üçün 5 veriliş hazırlanaraq efirdə yayımlanıb. Televiziya proqramlarında bələdiyyənin problemləri, bu sahədə yaranan çətinliklər, əldə olunan uğurları əhatə edən mövzulara geniş yer verilib, həmçinin vətəndaşları maraqlandıran suallara da aydınlıq gətirilib.

Layihə çərçivəsində 2 min ədəd bukletin də çap edildiyini deyən QHT rəhbəri bildirib ki, sözügedən bukletlərdə bələdiyyələr haqqında qanun öz əksini tapıb və yerlərdə bələdiyyələr tərəfindən vətəndaşlara paylanılıb.

Tədbirdə digər çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bələdiyyə strukturları, QHT-lər və bələdiyyə icmasının əhalisi bu layihədən yararlanıb. Layihə çərçivəsində görülən işlər başlıca nəticə kimi QHT-lərlə bələdiyyələrin əməkdaşlığının artırılmasına müəyyən köməkliklər göstərib.

Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə