Ərəb şahzadəsinin Hacıqabulda ov etməsinə rəsmi MÜNASİBƏT

"Onların icazəsi yoxdur, amma..."
Ərəb şahzadəsinin Hacıqabulda ov etməsinə rəsmi MÜNASİBƏT

18 milyardlıq sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən Hamdan bin Muhammed bin Rasid el Maktoum yenidən Azərbaycana səfərə gəlib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, şahzadə və onunla birlikdə ölkəmizə gələn qonaqlar Hacıqabul rayonunun Qarasu kəndində məskən salıb.

Qeyd edək ki, Muhammed bin Rasid el Maktoum bir həftə bundan öncə Hacıqabul rayonunda olub.

Ərəb şahzadəsinin ölkəmizdə quş ovlamasına 3 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin rəisindən də açıqlama gəlib. Şöbə rəisi Səxavət Əliyev bəzi internet saytlarında və portallarda ərəblərin Hacıqabul rayonun Qarasu kəndində quş ovlamasına rəsmi münasibət bildirərək qeyd edib ki, ərazidə xidməti fəaliyyətimiz zamanı ərəb mənşəli şəxslərə də rast gəlirik. Ərəblərin əraziyə gələrək ovla məşğul olmaları üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazələri yoxdur. Amma həmin ərəblərin diplomatik pasportları olduğu üçün inzibati tədbirlər görə bilmirik.

Bütün xəbərlər Facebook səhifəmizdə