"Vətəndaşlar polisə qarşı sayğısızlıq edirlər" RƏSMİ AÇIQLAMA (VİDEO)

"Vətəndaşlar polisə qarşı sayğısızlıq edirlər" RƏSMİ AÇIQLAMA (VİDEO)

Sosial şəbəkələrdə "Bakıda polis ödəniş etmədən avtobusa mindi, mübahisə düşdü " başlığı ilə video tirajlanmaqdadır. Videoda söhbət ondan gedir ki, ictimai nəqliyyatdan istifadə edən "polis" gedişhaqqını ödəmir.

Bundan əsəbiləşən sürücü nəqliyyatın hərəkətini dayandırır və ondan ödəniş tələb edir. Mülki formada olan polis vəsiqəsini təqdim etsə də, sürücü və sərnişinlər ona qarşı çıxırlar.

Yaranan mübahisə polis adı ətrafında aparılan antitəbliğatla yadda qalır.

Bu problem özü ilə yanaşı, ortaya bir sıra suallar da çıxardır:

Polis hansı halda ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər?

SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib ki, "Polis haqqında qanun"un maddələrinə görə polis icitmai nəqliyyatın bütün növlərindən pulsuz istifadə etmək hüququna malikdir: "Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan Respublikasının ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər".

Sözügedən video ilə bağlı O. Mansurzadə bildirir ki, burda sürücünün hərəkətləri qeyri-qanunidir və əməkdaşla mübahisəyə girir: "Polisin o hərəkəti doğru olmasa da, qınağa layiq polisin yox, sürücünün hərəkətidir. Bu da öz növbəsində qanuna qarşı hörmətsizikdir. Əməkdaş vəsiqəsini təqdim edibsə, heç bir halda suala yer qalmır. Bu, bir də onu göstərir ki, nəqliyyat şirkəti maarifləndirmə işini pis aparır. Yaxşı olardı ki, sürücülərə hüquqları başa salınsın və onların hansı şəxslərə qarşı necə davranmaları barədə təlimat verilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə