Azad Rəhimov şikayətləri dinlədi FOTOLAR

Azad Rəhimov şikayətləri dinlədi FOTOLAR

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıt şəhərində yerləşən Tarix Muzeyində vətəndaşları qəbul edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayonundan olan 30-dan artıq vətəndaş iştirak edib.

İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların və idman dərəcələrinin verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təchiz olunması, idman zallarının, Olimpiya İdman Komplekslərinin tikilməsi və digərləri olub.

Gənclər tərəfindən edilən müraciətlərə isə QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi, mərkəzlərin müvafiq avadanlıqlarla təmin olunması, yay düşərgələrinin təşkili, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, işlə təminedilmə və digərləri daxil olub.

Müraciətlərin arasında təhsil və sosial yardım, ipoteka kreditinin verilməsi, yerlərdə respublika səviyyəli tədbirlərin təşkili ilə bağlı fikirlər də yer alıb.

Həll olunması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və bununla əlaqədar olaraq müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə