İranın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq

İranın Bakıdakı səfirliyində xatirə kitabı açılacaq

Bu il həcc mövsümü zamanı bir çox İranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasında dövlət rəsmiləri və Azərbaycan Respublikasında yerləşən xarici diplomatların öz ürək sözləri və başsağlığını bildirmək üçün xüsusi xatirə kitabı açılacaq. Bu barədə SİA-ya məlumat verən İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi bildirib ki, xatirə kitabını imzalamaq mərasimi sentyabr ayının 30-u çərşənbə günü və oktyabr ayının 1-i cümə axşamı saat 10.00-dan etibarən 16.00-a qədər davam edəcək.

Mətbuat katibi bir çox ölkələrdən gələn hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğuu bildirib: "Bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə öz minnətdarlığını bildirir".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com