Azərbaycanlı hacılar vətənə dönür

Azərbaycanlı hacılar vətənə dönür

Azərbaycanlı zəvvarların ilk qrupu vətənə dönüb. SİA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Müqəddəs Payızov məlumat verib.

O, bildirib ki, zəvvarların növbəti qrupu bu gün saat 13:45 və axşam 22:45-də Bakıda olacaqlar. Digər zəvvarlar isə növbəti günlərdə vətənə gələcək.

Müqəddəs Payızov onu da bildirib ki, ziyarətə gedəndə təyyarələrdə 40-50 nəfər gedirdisə, qayıdan təyyarələr daha böyük olduğundan, eyni vaxtda 260-280 ziyarətçi qayıdacaq.

Şöbə rəhbəri sentyabrın 28-də vəfat edən azərbaycanlı zəvvarın bu gün dəfn ediləcəyini də əlavə edib.

Qeyd edək ki, azərbaycanlı zəvvarlardan 3-ü Məkkədə dünyasını dəyişib. Onlardan ikisi kişi, biri qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə