Mixail Zabelin sabah Azərbaycanı tərk edir

Millət vəkili VI Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edəcək
Mixail Zabelin sabah Azərbaycanı tərk edir

Milli Məclisin deputatı Mixail Zabelin VI Rusiya-Azərbaycan regionlararası forumunda iştirak etmək üçün sentyabrın 29-da Rusiya Federasiyasının Yekaterinburq şəhərinə səfər edəcək. Parlamentin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə aidiyyəti nazirliklərin və digər dövlət qurumlarının nümayəndələri, biznes strukturlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.

Forumda iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Forum çərçivəsində müxtəlif mövzularda "dəyirmi masa"lar təşkil ediləcək.

Səfər sentyabrın 30-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə